8 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşları tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində 6 aprel "Beynəlxalq Cizgi Filmləri Günü" münasibətilə tədbir və kitab sərgisi təşkil olunub. Kitabxana əməkdaşları əlamətdar günün yaranma tarixi haqqında məlumat verdikdən sonra bir neçə cizgi filmi nümayiş olunub.
“Beynəlxalq Cizgi Filmləri Günü”nü qeyd etmək fikri 2002-ci ildə yaranmışdır və həmin gündən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycanda animasiyanın yaranma tarixi XX əsrin 30-cu illərinə təsadüf edir. Azərbaycan cizgi filmlərinin ən məşhurları sırasında “Tıq-tıq xanım”, “Cırtdan”, “Təpəgöz” və s. adlarını qeyd etmək olar.
Daha sonra uşaqlarla birgə sərgidəki kitablara baxış keçirilib.
Tədbirin keçirilməsində məqsəd fiziki məhdudiyyətli uşaqların sosiallaşmasına dəstək olmaq, nağıl qəhrəmanlarını cizgi filmlər nümayiş etdirməklə tanıtmaq, dinləmə bacarıqlarını inkişaf etdirməkdir.