22 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının və 222 saylı uşaq baxçasının birgə əməkdaşlığı çərçivəsində “Ümumdünya Yer kürəsi Günü” münasibəti ilə “Bizim evimiz Yer kürəsi” adlı tədbir keçirilib. Kitabxana əməkdaşları tərəfindən qeyd edilib ki, torpaq, hava, su, meşə, bitki və heyvanlar aləmi təbiətin sərvətidir. Yer üzündə müxtəlif canlılar, insanlar, heyvanlar, həşəratlar, balıqlar yaşayır. Bütün canlılar inkişaf edir, artır və ətraf mühitə uyğunlaşır. Bitkilər canlıların yaşaması, nəfəs alması, qida mənbəyi olması ilə yanaşı onları xəstəliklərdən qorumaq, müalicə etmək üçündə çox faydalıdır. Bitkilər olmasa yer üzərindədə yaşayış olmazdı. İnsanların yaşayışı və maddi rifah halı təbiətlə ondan səmərəli istifadə ilə sıx bağlıdır. Təbiət nə qədər zəngin olsa maddi nemətlərdə bir o qədər bol olar. Ekoloji mühit nə qədər təmiz olarsa insanlar da bir o qədər sağlam və uzunömürlü olar.
Tədbirdə yer kürəsinin bəzəyi olan bitki və heyvanlar aləmindən bəhs edən kitablardan ibarət “Bizim evimiz Yer kürəsi” adlı sərgi nümayiş olunub. Kitablar haqqında uşaqlara ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların diqqətini, ətraf mühitin çirkləndirilməməsi, canlı aləmin qorunub saxlanılması və heyvanlara qayğı və sevgi aşılamaqdır.