Aşıq ədəbiyyatı Azərbaycan və ümumtürk mədəniyyətinin ən parlaq nümunələrindən biridir. Şeir, musiqi və ifa sənətinin harmoniyasından yaranan bu yaradıcılıq xalqın mənəvi dəyərlərinin daşıyıcısıdır. Onun ən görkəmli nümayəndələrindən biri də Aşıq Ələsgərdir.
Ustad sənətkarın vəfatının 100 illiyini və zəngin irsinin beynəlxalq səviyyədə tanıdılmasını nəzərə alaraq, Azərbaycan Milli Komissiyasının təşəbbüsü və AMEA-nın qərarı ilə Aşıq Ələsgərin yubileyi UNESCO-nun 2026–2027-ci illər tədbirlər proqramına daxil edilib. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi “Aşıq Ələsgər – Xalq Şeirinin Ölümsüz Səsi” adlı metodik vəsaiti hazırlayaraq virtual istifadəçilərə təqdim edib.
Vəsait iki hissədən ibarətdir. I hissədə sənətkarın həyat və yaradıcılığına dair materiallar, eləcə də görkəmli şəxsiyyətlərin fikirləri, II hissədə isə əsərləri, yaradcılığından bəhs edən kitablar və mövzu üzrə tədbir tövsiyələri yer alıb. Metodik vəsaitin sonunda mövzuya dair kitabxana fondunda mövcud olan 10 adda kitab və 94 adda dövri mətbuat materialının ədəbiyyat siyahısı daxil edilib. Vəsaitin hazırlanmasında əsas məqsəd Aşıq Ələsgərin poetik irsini geniş oxucu kütləsinə, xüsusilə də gənc nəslə tanıtmaq və mədəniyyət müəssisələri üçün köməkçi material təqdim etməkdir.
Elmi-metodik mənbə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: