7 fevral 2025-ci il tarixində 234 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub. Kitabxananın əməkdaşı F.Köçərlinin “Balalara Hədiyyə” kitabından mənzum hekayə və nağılları şagirdlərin diqqətinə təqdim edib. Ekskursiya çərçivəsində şagirdlər kitabxananın fondu ilə tanış olublar, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş kitablar haqqında məlumat alıblar, sonra isə nağıl qəhrəmanlarının iştirakı ilə səhnələşdirilmiş "Barmaq oyunları" tamaşası da təqdim edilib.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd uşaqların bədii zövqünü formalaşdırmaq, yaradıcı təfəkkürünü inkişaf etdirmək, onların milli tariximizə, mədəniyyətimizə və ədəbiyyata marağın gücləndirilməsinə dəstək olmaqdır.