17 yanvar 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib, rəsmlərdən ibarət sərgi təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmiş vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Kitabxananın əməkdaşı 20 Yanavar hadisələri haqqında uşaqlara məlumat verdikdən sonra yazıçı Gülzar İbrahimovanın müəllifi olduğu “İlham və Fərizə” adlı kitabının müzakirəsi baş tutub.
20 Yanvarda əfsanəyə çevrilmiş adlardan biri də İlham və Fərizədir.
Qanlı 20 Yanvar faciəsində "Fərizə və İlham" dastanı yaranıb qəlbləri sızıldatdı. Əsərlərə köçdü, kitabların səhifələrində əbədiləşdi. Qeyd edək ki, 30 iyun - Fərizə və İlhamın evlilik günü Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur.