26 aprel tarixində Respublika Uşaq Kitabxanasında uşaq yazarı, publisist Gülzar İbrahimova ilə Bakı Avropa liseyinin 1-ci sinif şagirdlərinin görüşü keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba olan marağını və dünyagörüşünü artırmaqdır. Kitabxananın əməkdaşı tədbiri giriş sözü ilə açaraq, G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Tədbirdə yazıçı Gülzar İbrahimova ilə yanaşı,balaca məktəblilər də şeirlər və kiçik nağıllar səsləndiriblər. Gülzar nənə onları maraqlandıran bütün sualları cavablandırıb. Yazıçının «Dünyanın ən güclüsü», «Tənbəlin nağılı», «Tülkü balası», «Su pərisi», «Od xəzinəsi», «Göy qurşağı qardaşlarının yeddi nağılı», «Sehirli nağıllar», «Dəniz balası», «Dəhşətli nağıl», «Göydə neçə ulduz var?» və digər kitablarında müxtəlif mövzulu nağıllar və şeirlər toplanmışdır. Tədbirin sonunda balaca məktəblilərə Gülzar nənə öz kitablarından hədiyyə edib.