1 mart tarixində Bakı Modern Təhsil Kompleksinin azərbaycan, rus və ingilis dili bölməsinin şagirdləri Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Kitabxana əməkdaşı “Ümumdünya ucadan oxu günü“ haqqında məktəblilərə maraqlı məlumatlar verib, bu günün elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılmasında və onların dünyagörüşünün inkişaf etdirilməsində böyük rol oynadığını bildirib.
Ekskursiya zamanı metodist şagirdlərə ucadan oxumaq üçün müxtəlif maraqlı nağıl kitabları təqdim ediblər. Həmçinin şagirdlərə sinifdən xaric oxu üçün müxtəlif məzmunlu yeni uşaq ədəbiyyatları haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda, məktəblilərə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı və diplomlar hədiyyə verilib.
Ekskursiyanın keçirilməsində əsas məqsəd mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulunu və öz emosiyalarını başqa insanlara söz vasitəsilə çatdırmaq imkanını yeni nəsilə düzgün şəkildə ötürməkdir.