Ümumdünya Dondurma Günü
10-06-2024 15:20:00
10 iyun 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “10 iyun - Dondurma Günü” ilə bağlı az yaşlı oxucularla birlikdə masterclass keçirilib. İlk dəfə dondurmanın kütləvi satışı ABŞ-da 10 iyun 1786-cı ildə başlanılıb. Buna görə rəsmi statusu olmayan bu bayram məhz bu gün qeyd olunur. Müxtəlif şirniyyatlara və desertlərə həsr olunan bayramlar siyahısında, əlbəttə ki, Dondurma Günü də öndə gəlir. Kitabxananın əməkdaşı tərəfindən keçirilən masterclassda uşaqlara dondurmanın yaranma tarixi haqqında məlumat verilib və video slayd izlənilib. Balaca oxucular dondurmaya aid rəsmlər rəngləyiblər. Sonda uşaqlara dondurma hədiyyə edilib.