23 may 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiyaya cəlb olunan uşaqlar üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.
Ekskursiya zamanı 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.
Ekskursiyanın məqsədi bu kateqoriyadan olan uşaqların ictimai inklüziyası və cəmiyyətə düzgün inteqrasiya edilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin onlarda mütaliə mədəniyyətini formalaşdırmaqla kitaba olan marağın artırılmasıdır.
Tədbir çərçivəsində uşaqlar üçün Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının təqdimatında “Tıq-tıq xanım” və “Qırmızı papaq” nağılları səhnələşdirilib.
Kitabxanada təşkil edilən “Nağıl saatı”nda uşaq yazarı, publisist Gülzar İbrahimova azyaşlı qonaqlara nağıllar oxuyub.
Sonda uşaqlara kitablar hədiyyə edilib.