15 - 17 may tarixlərində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına 1 nömrəli UGİM-in və 83 nömrəli tam orta məktəbin şagirdlərinin eksursiyası təşkil olunub. Ekskursiya zamanı məktəblilər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Kitabxana əməkdaşları tərəfindən şagirdlərə maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı "Balalara hədiyyə” kitabı haqqında geniş məlumat verilib. Daha sonra məktəblilər müxtəlif nağıl kitablarından maraqlı Azərbaycan nağıllarına nəzər yetirib, müasir nağıllarımızı müzakirə ediblər. Həmçinin, məktəblilərə ucadan oxumaq üçün müxtəlif maraqlı kitablar təqdim edib, sinifdən xaric oxu üçün müxtəlif məzmunlu yeni uşaq ədəbiyyatları haqqında ətraflı məlumat verilib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.