1 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasına 23 nömrəli tam orta məktəb və 261 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil olunub. Öncə kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, “kitab oxumaq nə üçün lazımdır?”, mütaliə mədəniyyəti və vərdişləri haqqında ətraflı məlumat verib. Kitabxananın kiçik oxu zalında Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabından bəhs edilib. Kitabxanada “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində keçirilən ekskursiyyada məktəblilər ilə birgə masterclass təşkil edilib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.