22-23 fevral tarixində Respublika Uşaq Kitabxanasına 232 və 116 saylı tam orta məktəblərinin şagirdləri ekskursiya edib. “Oxu zalları” və “Nağıl otağı” ilə tanışlıq şagirdlərin xüsusi maraqlarına səbəb olub. Onlara maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra məktəblilər müxtəlif nağıl kitablarından maraqlı Azərbaycan nağıllarına nəzər yetirib, müasir nağıllarımızı müzakirə ediblər.
Məktəblilər sonda şəkil çəkdirərək kitabxanadan xoş təəssüratlarla ayrılıblar.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.