23 dekabr 2024-cü il tarixində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin ümumi quruluşu, modulları, ayrı-ayrı bölmələri, eləcə də bütün iş funksiyalarının tətbiqi istiqamətində görülən işlərlə tanış olub, mövcud problemlər və onların həlli istiqamətində təkliflər irəli sürüblər.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova gələn qonaqları salamlayaraq mütəxəssislərə ümumi iş prosesi, kitabxananın fondu, oxucular üçün yaradılan şərait və onlara təqdim edilən xidmətlər haqqında ətraflı məlumat verib.
Proqramla bağlı məsələlərin müzakirəsi formatında keçən səmərəli görüşdə kitabxana əməkdaşlarının sualları cavablandırılıb, təlimatlar verilib, proqramın işlədilməsində yaranan çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.