26 avqust 2024-cü il tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, "Bakı abadlıq xidməti" MMC-nin dəstəyi ilə Laçın şəhər günü keçirildi. Tədbir Laçın şəhər bayraq meydanında başlamaqla Seyrəngahda və Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası keçirilən tədbirdə öz pavilyonunda uşaq yazarları Sevinc Nuruqızı və Solmaz Amanova ilə oxu saatları, interaktiv oyunlar, şeir və rəsm müsabiqələri, uşaqlar arasında nağıl bilicisi yarışması təşkil edib. Respublika Uşaq Kitabxanası tədbirdə iştirak edən bütün laçınlı uşaqlara son illərdə nəşr edilən uşaq ədəbiyyatı nümunələrindən 300-ə yaxın kitab hədiyyə edb.