21 fevral tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filialında ”21 fevral Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir təşkil olunub. Tədbirdə kitabxana əməkdaşları və 2 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak edib.
Metodist məktəblilərə Azərbaycan dilinin yaranma tarixi, inkişafı, Ana dilimizin insanların həyatındakı rolu barədə geniş məlumat verib.
2 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri , “Beynəlxalq Ana Dili Günü” münasibətilə təşkil olunmuş ”Ana dilim Şirin dilim'' – adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Kitabxana əməkdaşı sərgi ətrafında şagirdlərə Firudin bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan ,”Balalara hədiyyə'' kitabından və ''Azərbaycan Uşaq Antologiyası'' kitabından bəhs edib. Həmçinin, məktəblilərə sinifdən xaric oxu üçün müxtəlif məzmunlu kitablar haqqında məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd dilimizi qorumaq, sevdirmək və gələcək nəsilə düzgün şəkildə ötürməkdir.