F.Köçərli adına Respublika Uşaq Kitabxanası “21 Sentyabr - Beynəlxalq Sülh Günü” ilə əlaqədar mövzu ilə bağlı kitab və dövri mətbuat materiallarının biblioqrafik siyahısını tərtib edərək oxucuların istifadəsinə təqdim edir.
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. Ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb.
Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yaşamağa çağırışdır. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Aşağıda qeyd olunan link vasitəsi ilə yaddaş kitabçası ilə tanış ola bilərsiniz:
https://drive.google.com/file/d/1_3Vci36ReBbEDdRhPeW6aUNkOsvE9CVE/view?usp=drive_link