2 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənclər Günü münasibətilə “Kitabların gənclərə, gənclərin də dünyaya sözü var” adlı tədbir keçirilib.Tədbirdə yazar, fərdi inkişaf və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi, din psixologiyası üzrə fəlsəfə doktoru Eldar Kərimov qonaq olub.
Tədbir “Gənclər Günü” ilə bağlı hazırlanmış videoroliklə başlanıb. Daha sonra kitabxananın direktoru Ş. Qəmbərova Beynəlxalq Gənclər Günü haqqında ətraflı tarixi məlumatlar verdi. O, çıxışında ölkəmizdə gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Görüş çərçivəsində Eldar Kərimov fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verdi, həmçinin, ”İnsan necə öyrənir?”, “Hədəf və Xəyal”, “Biz deyil Zaman Metod Hədəflərimiz uğursuzdur”, “Ya İlk Ən”, “Görüləcək işlər və Görülməsi Zövqlü İşlər”, “Baş+Arı” s. müxtəlif mövzular ətrafında maraqlı məlumatlar verib. Sonda, Eldar Kərimov bütün gəncləri 2 fevral – Gənclər Günü münasibətilə təbrik edib.