12 aprel tarixində Respublika Uşaq Kitabxanasında yazıçı Lalə Ümüdlə Nərimanov rayon 177 nömrəli tam orta məktəb şagirdlərinin görüşü keçirilib.
İxtisasca tərcüməçi olan yazar həm də müəllifi olduğu uşaq kitablarının rəssamıdır.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini şagirdlərə çoxlu kitab oxumağın faydalarından, mütaliənin şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində müstəsna əhəmiyyətindən bəhs edib.
Lalə Ümüd yeni nəşr edilən “Kotlet adlı pişiklə itin nağılı” və “Kirpiciklə Şirinciyin qeyri-adi macəraları” kitablarından parçalar səsləndirib. Sonra yazıçı şagirdlərin çoxsaylı suallarını cavablandıraraq, uşaqlar arasında diskussiya aparıb.
Tədbirin keçirilməsində əsas məqsəd oxucuları yazıçılarla tanış etmək, onların mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq, uşaq kitabları vasitəsilə mütaliə anlayışını təşviq etməkdir.