Martın 13-də Respublika Uşaq Kitabxanasında “Mickey`s House” uşaq bağçasının balacaları ilə, yazıçı Fatimə Alxazlının görüşü keçirilib.
Fatimə Alxaz Yusifova Azərbaycanda autizm sindromlu bir oğlanın real hadisələri əsasında yazılmış “Adını bilməyən oğlan” adlı ilk uşaq hekayə kitabının müəllifidir.
Əvvəlcə kitabxana əməkdaşı balacaları kiçik oxu zalında səsli, pazllı, oyuncaqlı və digər maraqlı kitablarla tanış edib. Daha sonra yazıçı Nağıl otağında balaca oxucular üçün maraqlı, faydalı, ibratamiz məzmunlu nağıllar səsləndirib.
Görüşün keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatı vasitəsilə uşaqları körpə yaşlarından kitabxanaya cəlb etməklə onlarda idrak və yaradıcı fəaliyyəti aktiv inkişaf etdirmək, kitaba olan maraqlarını artırmaqdır.
Sonda, kiçik yaşlı oxuculara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edilib və xatirə şəkilləri çəkilib.