14 aprel tarixində Respublika Uşaq Kitabxanasında yazıçı, şair, pedaqoq Zahid Xəlil ilə 177 nömrəli tam orta məktəb şagirdlərinin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru uşaq ədəbiyyatının uşaqların inkişafında mühüm əhəmiyyətə malik olması, həmçinin oxuduqları əsərlərin onların inkişafına, sağlam mövqeyə malik vətəndaş kimi formalaşmalarına təsir etməsindən bəhs edib.
Daha sonra yazıçı uşaqlara “Uçan çıraqlar”, “Dünyanın ən balaca nağılları”, “Günəşi qopartmaq istəyən ayı”, “Kralın kreslosu”, “Göyqurşağı”, “Çıraq nənənin nağılları”, “Şəkərabad şəhərinin uşaqları”, “Ağ leyləklər” və s. kitablarından nağıllar səsləndirib, onların marağına səbəb olan sualları cavablandırıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini yazıçının bir sıra nağıllarını uşaqlar üçün səsləndirib.
Zahid Xəlilin yaddaqalan əsərləri və personajları, bir-birindən maraqlı hekayə və nağılları görüşdə iştirak edən uşaqlar tərəfindən maraqla qarşılanıb.
Görüşün sonunda yazıçı öz kitablarından uşaqlara hədiyyə edib və xatirə fotosu çəkilib.