14 dekabr tarixində Tacikistan Respublikası Milli Kitabxanasının direktor müavini Zəfər Seyidov və Avtomatlaşdırma şöbəsinin müdir müavini Hacı Əkbər Muhiddin F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Qonaqlar kitabxananın Xidmət, Komplektləşdirmə, Kitabxana proseslərinin Avtomatlaşdırma və Kompüterləşdirməsi, Elmi metodika, Məlumat biblioqrafiya, Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği, Kütləvi işlər, İncəsənət, Kitabsaxlayıcı şöbələrinin iş fəaliyyətini öyrənərək yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkili ilə tanış olub. Tacik nümayəndələr kitabxananın iş prossesi və sənədlərin elektron qaydada işlənməsi üsulları ilə, eyni zamanda istifadə olunan İRBİS-64 proqramı, rəqəmsallaşdırmanın texniki təchizatının əsas şərtləri, müasir üsulları, standartlara əsaslanmış təcrübə ilə tanış olub. Həmçinin, elektron kataloqların və tam mətnli elektron resursların, elektron məlumat bazalarının yaradılması, kitabxana layihələrinin həyata keçirilməsi və s. kimi məsələlər müzakirə olunub. Sonda qonağlarla xatirə şəkli çəkilib.