27 sentyabr tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşları Xətai rayon M. Miryusifov adına 265 saylı məktəbin 2b sinif şagirdlərilə birgə “Şəhidlər ölməz vətən bölünməz” adlı tədbir keçirdi. İlk öncə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qurbanova Yeganə tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi haqqında ətraflı və geniş məlumat verdi.
O çıxışında qyd etdi ki, on iki əsrdə Azərbaycanlılar min illər boyu yaşadıqları öz tarixi torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dagıdılıb viran edilmişdi. Azərbaycan xalqına qarşı törədilmiş misli görünməmiş Xocalı soyqırımı və başqa yerlərdə törədilmiş kütləvi və amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf alması xalqımızın səbr kasasın daşırdı. Dövlətimizin bütün vasitələrlə sülh yolu ilə məsələni həll etmək istəyinə baxmayaraq mənfur qonşular niyyətlərindən əl çəkmədilər və dildə barış istəsələrdə əməldə öz silahlarını yerə qoymadılar. Nəhayət 44 günlük Vətən müharibəsində Qəhrəman Azərbaycan oğulları əldə silah canları, qanları bahasına qəsbkarları yurdumuzdan qovub çıxardılar yeni tarix yazdılar. Və bu Azərbaycan tarixinə yazılmış şanlı Zəfər tarixidir. Məktəbin foyesində tədbir iştirakçıları ənənəvi kitab sərgisi ilə tanış oldular.Sonra tədbir iştirakçıları “Şəhidlər” xiyabanını ziyarət etdilər və xatirə şəkilləri çəkdirdilər.