19 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, SOS Uşaq Kəndində yaşayan uşaqlarla birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sədaqət və Cəsarət” adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışı giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini SOS uşaq kəndinin balaca sakinlərinə Heydər Əliyevin tarixi xidmətlərindən, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında ətraflı məlumat verib.
Daha sonra Ulu Öndər haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri maraqlı fikirlər, eyni zamanda H.Əliyevin özünün tarixə düşmüş dəyərli fikirləri, kəlamları diqqətə çatdırılıb, dahi rəhbərin həyatından, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda uşaqlara kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.