6 iyun tarixində Respublika Uşaq Kitabxanasının 3 saylı filialının təşkilatçılığı ilə Binəqədi rayonu 143 saylı tam orta məktəbdə Xalq şairi Vahid Əzizlə görüş keçirilib. Məktəbin foyesində şairin həyat və yaradıcılığnıı əks etdirən sərgi nümayiş olunub. Sonra isə tədbir iştirakçılarına şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib, həmçinin qeyd edilib ki, şairin ilk şeirləri 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdir. Vahid Əzizin ümumilikdə 11 kitabı işıq üzü görmüş, sonuncu “Param-parça illər…” adlı kitabı isə Dövlət Mükafatına layiq görülüb. Bu kitab torpaqlarımızın işğaldan azad edilməsi illərinə təsadüf edir və erməni işğalına son qoyulmasına və tarixi qələbəmizə həsr edilib. Vahid Əziz poeziyasının fərqli cəhəti ondan ibarətdir ki, o, həmişə intibahlaşır, itilənir, şaxələnir, sevilir.
Görüşdə məktəblilər Xalq şairinin şeirlərini səsləndirib, musiqili nömrələrlə çıxış ediblər və şairin həyat və yaradıcılığı ilə bağlı ona maraqlı suallar ünvanlayıblar.
Tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən V.Əziz məktəblilərə keçdiyi həyat yolundan, bədii yaradıcılığından söhbət açıb, onların suallarını cavablandırıb, yeni yazdığı şeirlərini söyləyib.
Görüşün sonunda xatirə fotoları çəkildi.