8 May tarixində Respublika Uşaq Kitabxanası və “Mickey's House” uşaq bağçasının birgə əməkdaşlığı çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbir keçirilib.
Çıxış edən Respublika Uşaq Kitabxanasının direktoru müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin formalaşması istiqamətindəki tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib.
Tədbirdə Ümumilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərlə yanaşı, Ulu Öndərin çox sevdiyi “Küçələrə Su Səpmişəm” xalq mahnısı müşayiəti altında balacaların rəqsi təqdim edilib.Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirdə uşaqlar arasında maraqlı sual-cavab yarışı keçirilib. Suallara doğru cavabı verən balacaların hər biri Azərbaycan Respublikasının xəritəsinin əksi üzərində kiçik hissəciklərdən ibarət pazl hissəciklərini lövhəyə yerləşdiriblər. Müsabiqənin sonunda bütün hissələrinin yerini alması nəticəsində Ulu Öndər Heyder Əliyevin rəsmi lövhədə əks olunub.
Sonda isə tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.