27 sentyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilib.Ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib.
Dövlət Himninin səsləndiriliməsi ilə başlayan tədbirdə torpaqlarımız yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri kitabxanın direktoru Ş.Qəmbərova açdı və böyük qürurla qeyd edilən Anım Gününün mahiyyətindən söz açaraq, bu unudulmaz tarixin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarda sancmış və ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olduğunu vurğuladı. Tədbir rəşadətli Azərbaycan ordusunun gücünü əks etdirən “Qarabağ Azərbaycandır!” adlı videoçarxın nümayişi ilə başa çatıb.