3 noyabr tarixində Bakı şəhər Qaradağ rayonun 320 nömrəli məktəbin 5-ci sinif və Suraxanı rayonun 279 nömrəli məktəbin 4-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər. Kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Daha sonra məktəblilər kitabxananın böyük oxu zalında Azərbaycanın və dünya ədəbiyyatının görkəmli ədəbiyyatşünasları ilə bağlı məlumat əldə ediblər.Məktəbilər kitabxananın kiçik oxu zalında Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabdan bəhs edilib. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.