8 may tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə Y.Yusifov adına 265 saylı tam orta məktəbdə Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Millətin atası” adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini bildirib ki, ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir. Azərbaycan xalqı və dövlətinin tarixində müstəqilliyin əldə olunmasında dahi şəxsiyyət əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vardır. Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Kitabxana əməkdaşları məktəbdə təşkil olunan Heydər Əliyevə həsr olunmuş, “Heydər Əliyev 100 ”, adlı ktab sərgisi haqqında şagirdlərə geniş məlumat verilib. Sərgidə iştirak edən şagirdlər Ulu Öndərin keçdiyi çətin və şərəfli həyat yolu ilə bağlı məlumat əldə edib, onun haqqında yazılmış kitablarla tanış oldular.Sonda məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə, vətənə ,bayrağa həsr olunmuş şeirlər, mahnılar,məruzələr səsləndirilib.