Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstə-rib, onların ən böyük himayədarı olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu öndərin daim diqqətində olub.
Bu gün Ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Bütün bunları nəzərə alaraq Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi Ulu öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və uşaqlar” adlı tövsiyə biblioqrafiyası hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan tövsiyə göstəricisinə 36 adda ədəbiyyat daxil edilmişdir. Bunlardan 25-i tammətnlidir. 2006-2023-cü illəri əhatə edən ədəbiyyat iki dildə Azərbaycan və rus dillərindədir. Girişdə mövzu haqqında ətraflı məlumat verilmişdir.
Aşağıda qeyd olunan link vasitəsilə tövsiyə göstəricisi ilə tanış ola bilərsiniz.