3 may tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəb şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş " Heydər Əliyev və Milli - mənəvi dəyərlərimiz " adlı tədbir keçirilib.Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini şagirdlərə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.Həmçinin, çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu, Vətən qarşısında tarixi xidmətləri, mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib.Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib.
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.