21-23 noyabr tarixlərində 47 nömrəli məktəbin 2-ci sinif, 164 nömrəli məktəbin 3 -ci sinif 328 nömrəli məktəbin 7-ci sinif şagirdlərinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil edilib.
Öncə Kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, “kitab oxumaq nə üçün lazımdır?”, mütaliə mədəniyyəti və vərdişləri haqqında ətraflı məlumat verib.Kitabxananın kiçik oxu zalında Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabdan bəhs edilib.
Sonda şagirdlər “Balaca ev” adlı çizgi və “Dərs“ adlı bədii filmi izlədilər. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.