17 mart tarixində Respublika Uşaq Kitabxanasında BDU –nun “Sənəd və İnformasiya Menecmenti” fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə istehsalat təcrübəsində olan tələbələrinin yekun təqdimatları təqdim edilib.
Universitetin tələbələri təcrübə müddətində kitabxananın Oxuculara xidmət şöbəsi, Komplektləşdirmə, Kitabxana proseslərinin Avtomatlaşdırma və Kompüterləşdirməsi, Elmi metodika, Məlumat biblioqrafiya, Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği, Kütləvi işlər, İncəsənət, Kitabsaxlayıcı şöbələrinin iş fəaliyyətini öyrənərək , yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair biliklərini artırıblar.
Təcrübə dövründə peşəkar mütəxəssislər tərəfindən tələbələrə kitabxana işi, kitabxanadan istifadə qaydaları, kitabxananın yaranma tarixi, fəaliyyəti, strukturu, fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resurslar, elektron məlumat - bazası və s. ilə yaxından tanış olublar. Kitabxananın bütün fəaliyyət istiqamətləri üzrə praktik biliklərə yiyələnən tələbələr təcrübə müddətində kitabxanada keçirilən müxtəlif kütləvi tədbir və kitabxanadaxili iş proseslərində iştirak ediblər.
İstehsalat təcrübəsinin yekununda fakültə və kitabxana rəhbərliyi, təcrübə rəhbərləri, kitabxananın peşəkar mütəxəssislərinin iştirakı ilə tələbələrin təcrübə nəticəsində əldə etdikləri biliklərlə bağlı müzakirələr aparılıb, onların fəaliyyəti qiymətləndirilib.
Sonda tələbələrin təqdimatında yeni nəşr olunmuş uşaq ədəbiyyatına dair Yuliya Linde “Mişangel”, Andrey Usacev “Vpered Kotoboy i novıye priklyuceniya kotov”, Solmaz Amanova “Cəsur ayı və dostları”, Yolçuyev Varis “Bir ovuc torpaq” Fyodor Dostoyevski “Cinayət və Cəza” və.s kitabların icmalı keçirilib.
Tələbələr təcrübə zamanı onlarda formalaşmış bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını qeyd ediblər.