15 mart 2022-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Binəqədi rayonu 177 saylı uşaq bağçası ilə birgə Novruz Bayramı münasibətilə “Yurdumuza yaz gəlir” adlı tədbir təşkil etdi. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Tədbirdə Bahar qız, Kosa və Keçəl uşaqları əyləndirdi. Uşaqlar bir-birinin ardınca “Qaval”, “Çobanlar”, “Səhənglə” rəqslərini məharətlə ifa etdilər, maraqlı səhnəciklərlə qonaqları sevindirdilər. Sonra uşaqlar bahara aid şeirlər söylədilər. Tədbirin sonunda bağçanın metodisti və kitabxananın əməkdaşı tədbir iştirakçılarını torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdilər.