9 – 11 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar Nəsimi r-nu M. Hüseynzadə adına 19 №-li, E.Tağızadə adına 164 №-li, A.Abdullayev adına 211 №-li, Xətai r-nu 165№-li, 138№-li, M.Nəcəfov adına 86 №-li, Ə.Abbasov adına 257 №-li, Yasamal r-nu H.Aslanov adına 175 №-li, Nizami r-nu 210, V.Sadıqov adına 214 №-li, Sabunçu r-nu 170, İ. Əliyev adına 96 №-li, Qaradağ r-nu Puta qəsəbəsi K. Yaqubov adına 184 №-li, Xəzər r-nu 262 №-li, Səbail r-nu Bülbül adına orta ixtisas musiqi məktəbinin, Binəqədi r-nu 301, 283 №-li H.Hüseynov adına 83 №-li, Nərimanov r-nu 82 №-li, S. Yolçuyev adına 207 №-li ,Abşeron r-nu Masazır qəsəbəsi 5 №-li məktəblərin və Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə 1885-1895-ci illərdə İrəvan gimnaziyasında ana dili və hüsnxətt fənlərini tədris etmiş maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərli haqqında elektron-məlumat baza, virtual sərgi, sənədli film təqdim edildi.
Kitabxançılar çıxışlarında qeyd etdilər ki, Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. Bu böyük şəxsiyyət M. F. Axundzadə və M. Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafına naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. İrəvan Gimnaziyasında işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur və onların şeirlərini dinləyir. Vurğulandı ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi- elmi fikrinin inkişaf tarixində F. Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni- siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı- publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir.
Sonda məktəblilərin iştirakı ilə F. Köçərli yaradıcılığı ətrafında maraqlı diskussiyalar və müzakirələr aparıldı.