Fevralın 16-da Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəbin 8-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Kitabxanaçı məktəblilərə kitabxananın fəaliyyəti və istifada qaydaları, kitab sərgiləri, elektron kitabxana haqqında məlumat verdi. Şagirdlər kitabxana istehsal prosesinin nəticəsi olan – hazır informasiya məhsulu və göstərilən xidmətlər haqqında ətraflı məlumatlandırıldılar.
Daha sonra məktəblilər kitabxananın böyük oxu zalında Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin həyat və yaradıcıliğına həsr olunmuş sənədli filmi izlədilər.
Əməkdaşlar kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar.