01-04 aprel tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş uşaq kitab sərgisi keçirildi. Sərgini Səbail r-nu 132-134 saylı təhsil kompleksinin 1-ci sinif şagirdləri də ziyarət etdilər. Sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan 600-dən çox kitab təqdim olundu. Kitabxana əməkdaşları bildirdilər ki, sərgidə nümayiş edilən kitabların hər birindən fondda var və oxucular maraqlandıqları kitabları əldə edə bilərlər.
Nağıl otağında şagirdlər X.K. Andersenin nağılları əsasında öz çəkdikləri rəsmlərini təqdim etdilər. Uşaqların ifasında “Oxuduq, oxuduq” və “Nağıl ziyarəti” mahnıları ifa olundu. Daha sonra kitabxananın əməkdaşları uşaqlar üçün Andersenin əsərləri ilə bağlı viktorina keçirtdilər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaqdır.