F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz ənənəsinə sadiq qalaraq 14 noyabr tarixində “Nağıl saatı” təşkil etdi. Bu dəfə yazıçı Reyhan Yusifqızı ilə Bakı şəhəri Sabunçu rayonun 215 saylı tam orta məktəbin V və VI sinif şagirdləri görüşdülər. Kitablarında daha çox elmi fantastik janra üstünlük verən yazıçı yaratdığı obrazlar haqqında şagirdlərə danışdı. Reyhan xanım kitab yazarkən apardığı araşdırmaları, gedişat zamanı hansı hisslər keçirdiyini uşaqların diqqətinə çatdırdı. Yazar yeganə şeir kitabı olan “Tələtin sirri” kitabından şeir parçaları səsləndirdi, obrazlar arasındakı fərqləri oxucularla birlikdə müzakirə etdi. Müzakirədən sonra uşaqlar suallarla yazıçıya müraciət etdilər. 13 noyabr tarixində Reyhan xanımın doğum günü olması şagirdlərin diqqətindən yayınmamışdı. Oxucular onu təbrik edərək xoş diləklərini bildirdilər.
Tədbir kitabların imzalanması və xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı.