• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanası Qabil İmamverdiyev və Süleyman Vəliyevin yubiley günləri münasibəti ilə metodik vəsaitləri təqdim etdi
    15-07-2021 21:45:00

    “Qibləgahı həqiqət olan şair” adlı vəsait  mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

    Xalq şairi Qabilin 95 illik yubileyi münasibətilə yazılan vəsait iki hissədən ibarətdir. I hissə “Qibləgahım – həqiqət, səcdəgahım – sədaqət adlanır və Xalq şairi Qabilin həyat və yaradıcılığından bəhs edir.  “Qətiyyətli qələmilə əbədiyyət qazanan şair” adlı II hissə isə şairin yaradıcılığı mövzusunda kitabxanada pandemiya ilə əlaqədar onlayn şəkildə təşkil olunmuş kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisindən bəhs edir. Vəsaitdə  xalq şairi Qabilin uşaqlar üçün qələmə aldığı “Sözün qısası” adı altında yazdığı “Deyil”, “Söz”, “İynə-sancaq”, “Kin”, “Qar yağır”, “Deməli”, “Dayı-əmi”, “İnsan”, “Dəyişmir”, “Təmizlik”, “Pul”, “İnam”, “Zırrama”, “Yaradardım”, “Ehtiyac”,”Sına”,  “Nağaraçı” silsilə şeirləri haqqında məktəbli oxuculara məlumat verilib. 

    “Faciəli ömrün qəmli dastanını yazan ədib” adlı vəsait Süleyman Vəliyevin 105 illik yubileyi  münasibətilə hazırlanıb.  

    Süleyman Vəliyev Azərbaycan ədəbiyyatında repressiya həqiqətlərindən söz açan ilk memuar əsər  müəllifidir. Əsərləri qədər həyatında da insanların mənəvi tərbiyəsinə təsir göstərən amillərin olması yüksək mənəviyyat xəzinəsidir, insanları haqqa, ədalətə, doğruluğa və ən əsası, ruhani yüksəkliyə aparan yolun istiqaməti kimi dəyərli və qiymətlidir. 

    Vəsait iki hissədən ibarətdir. I hissə “Fərqli ömür insanı Süleyman Vəliyev” adlanır. Vəsaitdə istedadlı yazarın  həyat və yaradıcılığından bəhs edilir. “Süleyman Vəliyev dünyası” adlanan II hissədə isə onun yaradıcılığı ilə bağlı keçirilə biləcək   tədbirlərdən söhbət açılır.

    Aşağıdakı linkdən metodik vəsaitlər ilə tanış ola bilərsiniz:

    https://www.clb.az/qiblgah-hqiqt-olan-air-qabil_d3211.html

    https://www.clb.az/facili-mrn-qmli-dastann-yazan-dib_d3210.html

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft