F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qarabağın zəngin irsi – gələcək nəsillərə” layihəsi çərçivəsində “Qarabağ xalçaları” adlı maarifləndirici buklet və əlfəcinləri istifadəçilərə təqdim edir.
Ləyihənin əsas məqsədi işğaldan azad olan torpaqlarımıza məxsus Azərbaycanın qədim sənət növlərindən biri xalçaçılığın ən gözəl nümunələrindən - Qarabağ xalçalarını uşaq və yeniyetmələrə tanıtmaqla təbliğ etməkdir. Təqdim olunan məlumatlar Respublika Uşaq Kitabxanasının elektron informasiya bazasına istinad edilərək ərsəyə gəlib.
Nəfis tərtibatda hazırlanmış maarifləndirici buklet və əlfəcinlər (kitabiçi) işğaldan azad olunan 12 rayon - Şuşa, Xankəndi, Laçin, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Füzuli, Ağdərə, Qubadlı, Ağdam və Zəngilan torpağlarına aid zənqin xalçaçılıq sənətinə uşaqlarda maraq artırmaq məqsədi daşıyır. Maraqlı naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz qədim xalça nümünələri haqqında məlumatlar Azərbaycan və ingilis dillərində verlir.
Buklet və əlfəcinlərlə aşağıdakı linklərdən tanış ola bilərsiniz