21 noyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti “Nağıl saatı” nın qonağı uşaq yazarı, ssenarist Günel Əskərova oldu. Görüşdə Bakı şəhəri 164 saylı tam orta məktəblərin 1-ci sinif şagirdləri və digər oxucular iştirak etdilər.
Gənc yazar Günel Əskərova “Xanın üç qızı” adlı nağılını öz doğma vətəni Azərbaycana, onun gözəl guşələrindən olan Qarabağa həsr etdiyini geyd elədi və kitab haqqında ətraflı məlumat verdi. Yazıçı uşaqları nağılın baş qəhrəmanlar- xanlığın ədalətli hökmdarı olan ağıllı və müdrik Əhməd xan, dünya gözəli olan üç sevimli qızı, döyüşkən və azadlıqsevər Xəzri, zərif və istedadlı Mələk, ağıllı və elmli Banu, cırtdan Balaşla, insanları köləyə çevirən Təpəgöz ilə tanış etdi. “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın xanlıqlar dövrünə səyahətə apardı.
Gənc yazar uşaqların bir çox maraqlı suallarını cavablandırdı. Sonda yazar tərəfindən məktəbin kitabxanasına “Xanın üç qızı” kitabı hədiyyə edildi və görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının “Nağıl saat”nın təşkil edilməsində əsas məqsəd bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.