Yanvarın 13-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Silent Communication komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın koordinatoru, təlimçi, jest dili tərcüməçisi Könül Quliyeva kitabxana əməkdaşlarına və oxuculara “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçdilər. Təlimin keçirilməsində əsas məqsəd eşitmə və danışma məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı kitabxanadan istifadəsi, informasiyanı düzgün əldə edə bilmələridir. Bu məqsədlə də təlimin nəzəri hissəsində jest dilinın yaranma tarixi haqqında ətraflı məlumat verildi, həmçinin, jest dilində istifadə olunan bütün hərflər əyani olaraq göstərildi. Tədbirin sonunda, Silent Communication komandasının əməkdaşları tədbir iştirakçıları ilə birgə “Səssizlik fərq deyil, eynilikdir!” şüarını jest dilində səsləndirdilər.