Respublika Uşaq Kitabxanası 15 Sentyabr “Bilik gününə” həsr olunmuş virtual sərgi təşkil etdi.
Kitab cəmiyyətin formalaşmasında, şəxsiyyətin inkişafında, mədəniyyətin təşəkkül tapmasında mühüm rola malikdir. Savadlı və ziyalı cəmiyyət güclü dövlətin əsas təməllərindən biridir.
“Təhsil millətin gələcəyidir”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” Ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilmiş bu fikirlər ölkəmizdə təhsilə, elmə və biliyə olan münasibəti əks etdirir.
Ölkə başçısı cənab İlham Əliyevin təhsilə qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
Respublika Uşaq Kitabxanasının “Bilik gününə” həsr etdiyi virtual sərginin təşkil edilməsində əsas məqsəd, virtual oxucuları zəngin uşaq ədəbiyyatı fondu ilə tanış etməkdir.
Sərgi uşaqların yaş qruplarına uyğun olaraq kitabxananın nağıl otağı, kiçik və böyük oxu zalında sərgiləndi.
Kitabxananın əməkdaşları uşaqları virtual sərgidə yer alan Azərbaycan və dünya ədəbiyyatına dair biri-birindən maraqlı və rəngarəng kitablarla ümumi tanış etdilər.
Təqdim olunan videoçarxda uşaq yazarları oxuculara yeni dərs ili münasibəti ilə təbriklərini çatdırdılar.
Qeyd edək ki, kitabxana pandemiya şəraiti ilə əlaqədar olaraq, oxuculara onlayn xidmət göstərir.