1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı viktorinanın qalibi Haxverdiyevlər ailəsi olub.
Viktorinanın düzgün cavabları
Cavab: Umummilli lider Heydər Əliyev.
Cavab: 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.
Cavab:Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır.
Cavab: Bu şeirin müəllifi Solmaz Şirindir.
Cavab: Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Cavab: Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunu 19 may 1998-ci ildə qəbul olunub.
Cavab: "Uşaqlar dünyanın sevincidir","Göydən üç alma düşdü", "Pəncərəmə ay qonub", “Mən də uşaq olmuşam”, “Hazırcavablar”, “Biri var imiş, biri yox imiş”, “Ağıl dəryası” “Yuxunuz şirin olsun”
Cavab: BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir".
Cavab:“Bir qalanın sirri”, “Ögey ana”, "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Mən mahnı qoşuram", "Sehrli xalat" "Şərikli çörək", Dərs ,“Qərib cinlər diyarında”, Qaraca qız, Skripkanın sərgüzəştləri və s.
Cavab: Evdə tək başına, Çətin uşaq, Şahzadənin gündəliyindən, Zoluşka, Qırmızı şar, Oliver Tvist, 34-cü küçədə möcüzə, Sehrbaz Oz, Uşaq, 3- cü Şahzadə, Elektronika, Şaxta baba və s.
Cavab: “Uşağın yaşamaq və inkişaf etmək hüququ”, “Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ” “Uşağın ad və vətəndaşlıq almaq hüququ”, “Uşağın tərbiyə almaq hüququ”
Cavab: Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, uşaq bağçalarının inşası, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması sosial fəaliyyətin mahiyyətini təşkil edir.
Cavab: 2009 - cu ildə Azərbaycanda “Uşaq ili” elan olunmuşdur.
Cavab:Ölkəmizdə 1999-cu ildə isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun qəbul edilmişdir. Uşaq hüquqları haqqında qanunvericilik – uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan, fikir və söz hüquqları, uşaqların əsas vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Qanunvericilikdə həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda birləşmək, şərəf və ləyaqətinin müdafiəsi, istismarından və zərərli təsirlərdən mühafizəsi də öz əksini tapmışdır.
Cavab: Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir.Bu konvensiya uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
Cavab: Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır.
Cavab: Viktor Hüqo “Qavroş”, “Kozetta”, Mir Cəlal Paşayev “Bir gəncin manifesti”, Süleyman Sani Axundov “Qaraca qız”, Tağı Şahbazi “Qayçı” və s.
Cavab:Qavroş 11-12 yaşlarında, əynində uzun kişi şalvarı və qadın köynəyi ilə solğun bənizli, xəstə oğlan, eyni zamanda diribaş, çevik, fərasətli və zarafatcıl biri idi. Onun nə sığınmağa evi, nə də yeməyə çörəyi var idi.
Cavab: Kozetta Viktor Hüqonunun “Səfillər” adlı əsərinin azyaşlı qəhrəmanıdır.
Cavab: Qorxu, əməyə istismar, ac qalmaq təhlükəsi. Söz azadlığının pozulması.
Cavab: Azərbaycan ədəbiyyatında uşaq hüquqlarının pozulması mövzusuna müraciət etmiş ədiblərdən biri Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Cəlal Paşayev
Cavab: Qaraca Qızın əsl adı Tutu idi.
Cavab: Qaraca Qızın fiziki təzyiq görməsi yol verilməz haldır. Bundan başqa onun azadlıq hüququ da əlindən alınmışdır.
Cavab: Piri baba “komanın bülbülü uçub getdi” deyərək göz yaşları tökdü.
Cavab:Qaraca Qız Piri babaya onu çox sevdiyi güllü təpədə dəfn etməsini vəsiyyət etmişdi.
Cavab: Məşədi Salmanın və arvadı Gülcahanın evində.
Cavab: Qayçı.
Cavab: Məhəmməd və Zeynəb.
Cavab: Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Cavab: “Qorxulu nağıllar”a daxil olan nağılların hamısında xeyirxahlıq, insanpərvərlik, mənəvi saflıq təbliğ olunur. Quldurluq, qan ədavəti, cəhalət nifrətlə yad edilir.
Cavab:Göyərçin”, “Elli”, “Bala dili”, “Yuva”, “Göy qurşağı”, “Sehrli dünya”, “Yemlik”, “Dəcəl balam”
Cavab: “Tom Soyerin macəraları”
Cavab: Hans Xristian Andersen
Cavab: “Sultan Səncər və qarı”, “Kərpickəsən kişinin dastanı”, Zalım padşahla zahidin dastanı”.
Cavab: Göyqurşağı
Cavab: Cenevrədə
Cavab: M.Ə.Sabirin “Cütçü”, “Yaz günləri”, “Uşaq və buz”, A.Şaiqin “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”, A.Səhhətin “İt və kölgəsi”, “Yaz səhəri”, “Vətən”, R.B.Əfəndiyevin “Durna”, M.Müşfiqin “Şəngülüm, Şüngülüm”, S.Vurgunun “Ayın əfsanəsi”, R.Rzanın “Şəkil və Çəkil”, Ə.Cəmilin “Can nənə, bir nağıl de” , Q.İsabəylinin “Balaca,bap-balaca”, “Nənəm təkdi”, “Əkil-bəkil”, “Ay külək, nə əsirsən”, Sevinc Nuruqızı Qisas
Cavab:Antuan de Sent-Ekzüperi “Balaca Şahzadə, Jül Vern “Kapitan Qrantın uşaqları” Ernest Miller Heminquey “Qoca və dəniz”, Mark Tven “Tom Soyyerin macəraları”, Lüis Keroll “Alisa möcüzələr ölkəsində”,
Daniel Defo “Robinzon Kruzonun macəraları”, Conatan Svift “Qulliverin səyahəti”, Rudyard Kipling “Mauqli”, Robert Lyuis Stivenson “Dəfinələr adası”, Mark Tven “Şahzadə və dilənçi”
Cavab:Çarlz Dikkensin Oliver Tvistin macəraları - Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir.
Cavab:Qaraca qız; Səfillər ; Qayçı, Oliver Tvistin macəraları və s.
Cavab:
a) İnkişaf hüququ ( təhsil almaq, oynamaq, istirahət etmək, azad fikir, və s.)
b) Müdafiə hüququ ( uşaqları müxtəlif növ zorakılıq hallarından – narkomaniya, hərbi zorakılıq. qoruyur.) ;
c) İştirak hüququ ( azad fikir söyləmək, müəyyən lazimi vaxtda öz sözlərini demək və s.) ;
d) Yaşamaq hüququ (qida, tibbi xidmət və s.)
Cavab: Uşağa onun sağlamlığı, təhsili və ya inkişafı üçün maneə törədən iş tapşırıldıqda, o, müdafiə hüququna malikdir. Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı şəxsiyyətinə uyğun olaraq əmək hüququ vardır.
Cavab: Əlil uşaq onun maksimum müstəqilliyi və sosial inteqrasiyanı təmin edən şəraitdə tam dəyərli və layiqli həyat sürməyinə kömək edən xüsusi qayğı, təhsil və hazırlıq hüququna malikdir.
Cavab: Mirzə Ələkbər Sabir
Cavab : Məhəmməd Füzuli
Cavab: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər.
Cavab: Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir.
Cavab: Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan, zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr alternativi olmayan xeyirxahlıq, humanistlikdir.Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramı bu baxımdan xüsusilə aktualdır.
Cavab: Uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması kimi mühüm istiqamətlər cəmiyyətin bütün təbəqələrinin üzərinə ciddi vəzifələr qoyur. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.
Cavab: 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.
***
Cavabları saat 15.15-ə kimi info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com ünvanlarına göndərməlisiniz. Cavabları ən tez göndərən ailə qalib elan ediləcək və sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə elan olunacaq. Xahiş edirik, cavabları göndərərkən ad, soyad və əlaqə nömrənizi qeyd etməyi unutmayın.
1. Sual:“ Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” ifadəsinin müəllifi kimdir?
2. Sual:Uşaqların Beynəlxalq Müdafiəsi Günü nə zaman qəbul olunmuşdur?
3. Sual: Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi ilə bağlı hansı qurum və təşkilatların adlarını sadalaya bilərsiniz?
4. Sual:“Bir İyun gününüz mübarək olsun!” şeirinin müəllifi kimdir?
Mehriban balalar, əziz uşaqlar,
Bir İyun gününüz mübarək olsun!
Sülhlə, məhəbbətlə yansın ocaqlar,
Qəlbiniz sevinclə, fərəhlə dolsun!
5. Sual:Azərbaycanda dövlət uşaq siyasətinin əsas prinsipləri nədən ibarətdir?
6. Sual:Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunub?
7. Sual: Hansı Uşaq verlişləri ilə tanışsınız?
8. Sual: Uşaqların Beynəlxalq Televiziya və Radio Günü nə zaman qeyd olunur?
9. Sual:Milli kinomatoqrafiyamızın çəkdiyihansı uşaq filmlərinə baxmısınız?
10. Sual:Hansı xarici uşaq filmləri ilə tanışsınız?
11. Sual:Uşaq Hüquqları Konvensiyasında uşaqlar üçün hansı hüquqlar qərara alınmışdır?
12. Sual: Uşaq Hüquqları ilə bağlı Heydər Əliyev Fondu nə kimi işlər görmüşdür?
13. Sual: Azərbaycanda “Uşaq ili” neçənci ildə elan olunmuşdur.
14. Sual:Ölkəmizdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” hansı qanun qəbul edilmişdir?
15. Sual: Uşaq hüquqlarından bəhs edən Konvensiya nə deməkdir? Onun əsas məzmunu nədən ibarətdir?
16. Sual:Uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd BMT tərəfindən hansı tarixdə qəbul edilmiş və neçə ölkə tərəfindən təsdiq edilmişdir?
17. Sual:Uşaq Hüquqlarından bəhs edən hansı əsərləri tanıyırsınız?
18. Sual: Viktor Hüqonun “Qavroş” əsərindəki Qavroş sizin xatirinizə necə həkk olunub?
19. Sual:Kozetta Viktor Hüqonunun hansı əsərinin qəhrəmanıdır?
20. Sual:Kozettanın keçirdiyi hansı hislər onun hüququnun pozulmasına dəlalət edir?
21. Sual: Azərbaycan ədəbiyyatında hansı ədiblər uşaq hüquqlarının pozulması mövzusuna müraciət etmişdir?
22. Sual: “Qaraca Qız” əsərində hüquqları pozulmuş qəhrəmanın əsl adı nə idi?
23. Sual: Həmin əsrdə Qaraca Qızın hüquqlarının pozulmasında sizcə ən çox nələr yolverilməz idi ?
24. Sual: Əsərdə Piri babanın Qaraca Qızın ölümü ilə bağlı söylədiyi bənzətmə necə idi?
25. Sual: Qaraca Qızın Piri babaya vəsiyyəti nə idi?
26. Sual: Tağı Şahbazinin “Qayçı” əsərindəki hadisələr kimin evində cərəyan edir?
27. Sual: Əsərdə hansı məişət əşyası itmişdi?
28. Sual: Əsərdəki hüquqları pozulmuş uşaqlar kimlər idi?
29. Sual: Azərbaycanda uşaq hüquqları necə qorunur?
30. Sual: Süleyman Sani Axundovun “Qorxulu nağıllar”a daxil olan “Abbas və Zeynəb” əsərində yazıçı nəyi təbliğ edir?
31. Sual:Azərbaycanda nəşr olunan hansı uşaq jurnallarını tanıyırsınız?
32. Sual:Mark Tveni uşaq ədəbiyyatı sahəsində məşhurlaşdıran ilk əsəri 1876-cı ildə çap etdirdiyi povestdir. Bu povest necə adlanır?
33. Sual: “Çirkin ördək balası”, “Düyməcik” kimi sevilən cizgi filmlər hansı xarici ədəbiyyat yazıçısının əsərlərinin motivləri əsasında çəkilmişdir?
34. Sual: Nizami Gəncəvinin “Sirlər xəzinəsi”nə daxil olan hansı hekayətləri bilirsiniz?
35. Sual: Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında nəşr olunan Uşaq Jurnalı məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. Bu jurnal necə adlanır?
36. Sual: Uşaq Hüquqları Komitəsi harada yerləşir?
37. Sual: 10 adda Azərbaycan uşaq ədəbiyyatına daxil olan əsərin və bu əsəri qələmə alan müəllifin adını çəkin.
38. Sual: 10 adda Dünya uşaq ədəbiyyatına daxil olan əsərin və həmin əsərin müəllifinin adını çəkin.
39. Sual:Çarlz Dikkensin hansı əsərində Uşaq hüquqlarının tapdanması halları ilə rastlaşırıq?
40. Sual: Uşaq qəhrəmanlarının hüquqlarının pozulmasından bəhs edən hansı əsərləri oxumusunuz?
41. Sual:Uşaq hüquqları Konvensiyası tərəfindən hansı hüquqlar qorunur?
42. Sual: Uşaqların Əmək və Müdafiə Hüququ Haqqında nə deyə bilərsiniz?
43. Sual: Əlil uşaqların hüquqları barədə nə deyə bilərsiniz?
44. Sual: “Uşaq və buz”, “Gəl gəl a yaz günləri”, “Məktəbə təğrib” kimi sevilən uşaq ədəbiyyatı nümunələrinin müəllifi kimdir?
45. Sual: Uşaqlar üçün daha çox maraq doğuran “Meyvələrin söhbəti” əsəri hansı Azərbaycan klassik şairinin əsəridir?
46. Sual:Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar hansılardır?
47. Sual:Uşaqların hüquq bərabərliyi dedikdə nə başa düşürsünüz?
48. Sual: Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Uşaq Hüquqlarının müdafiəsi sahəsində gördüyü işləri sadalayın:
49. Sual: Sizcə “Uşaqları qorumaq” anlayışı nədir?
50. Sual:Azərbaycanda hansı mədəniyyət müəssisəsi folklorumuzun banisi olan Firidun bəy Köçərlinin adını daşıyır?