Sağlamlıq imkanları məhdud uşaqlar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında
22-02-2019 10:39:00
Fevralın 22-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Görmə Qabiliyyəti Zəif və Görmə Qabiliyyəti Məhdud İnformasiya Mərkəzində, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin bir qrup şagirdi kitabxananın onlara aid fondu ilə tanış oldular. Sağlamlıq imkanları məhdud uşaqlar brayl əlifbası ilə nəşr olunan A.Şaiq, A.Səhhət, M.Muşfiq, Dədə Qorqud və.s kitabları oxudular. İri çap şriftləri ilə yazılan kitablarla tanış oldular. Həmçinin onlar, kompüterdə xüsusi proqramın köməkliyi ilə danışan kitabları dinlədilər, səsli nağıllara qulaq asdılar və digər hissiyyatlı oyuncaq kitablarla tanış oldular. Tədbirin sonunda, uşaqların hərbirinə kitablar hədiyyə edildi.