Yanvarın 23-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Nəsimi rayonu N. Axundov adına 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Səməd Vurğunun şeirləri əsasında “Bizdə şeir də var,sənət də vardır Şairə,sənətə hörmət də vardır” adlı konfrans keçirdilər. Tədbir Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə haqqında ətraflı məlumatın verilməsi ilə başlandı. Tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Əsgərov Fuad , Cəlil Məmmədquluzadənin ev-muzeyinin baş məsləhətçisi Yeganə Məmmədova, Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşı, və s. iştirak edirdilər. Daha sonra şagirdlər Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin əsərləri haqqında viktorina və müzakirələr keçirdilər. Tədbirin sonunda şeirlər oxundu, musiqi nömrələri səsləndi.