05 dekabr 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Elmi Metodika şöbəsinin ustad dərsi keçirildi. Dərsdə, şöbənin qarşısında duran əsas vəzifələr, kitabxanaların metodik təminat sisteminin təşkili və idarə prinsipləri, kitabxanaların metodik təminatının yerinə yetirdiyi funksiyalar, ixtisasa aid yazılan elmi-kütləvi metodik vəsaitlər, əlamətdar və tarixi günlər təqvimi, tövsiyyələr, yaddaş kitabçaları, yubilyar yazıçı və şairlərdən bəhs edən vəsaitlər haqqında kitabxanaçılara məlumat verildi, müxtəlif mövzularda hazırlanan rəy sorğularının vacibliyi vurğulandı. Söhbət zamanı Elmi Metodika şöbəsinin tərtib etdiyi 2019- cu ilin əlamətdar və tarixi günlər təqvimində olan yeniliklərdən danışıldı. Qeyd olundu ki, şöbədə ixtisasla bağlı yazılan vəsaitlərdə inkişaf etmiş dünya uşaq kitabxanalarının iş təcrübəsindən, yeniliklərdən bəhs edən elmi metodik vəsaitlər yazılır.