Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Hər il xalqımız, bu günü yüksək əhval-ruhiyyə ilə qeyd edir. 12 iyun 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin fortepiano sinifinin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi. Uşaqların fortepianoda biri- birindən gözəl musiqilərin ifası bütün tədbir iştirakçılarının zövqlərini oxşadı. Sonra, kitabxananın direktoru Ş.Qəmbərova hərkəsə xüsusilədə uşaqlara minnətdarlığını bildirib, hamını 15 İyun- Milli Qurtuluş Günü eləcə də, qarşıdan gələn 11 ayın sultanı Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik etdi. Musiqi məktəbinin direktoru M. Rüstəmova da öz növbəsində istedadlı uşaqların öz məharətlərini göstərəcə biləcəyi imkan və şəraiti yaratdığı üçün kitabxana rəhbərliyinə və əməkdaşlara minnətdarlığını bildirdi. Uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.