10 mart 2017 ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşı Xəzər rayonunda yerləşən 326 saylı tam orta məktəbin 7.8.9 -cu, Yasamal rayonu 176 saylı məktəbin 3-cü sinif şagirdləri və kitabxanamızın oxucuları ilə birgə “ Milli Teatr” günü münasibəti ilə Gənc Tamaşaçılar teatrına ekskursiya etdilər. Teatrın dəhlizində Elşən Sərxanoğlunun “ Pərdənin o biri üzü ” adlı fərdi rəsm sərgisi tərtib olunmuşdu. Sərgidə teatrın rəhbəri Mübariz İbrahimov, rejissor Bəhram Osmanov, Əli Əmirli, Ziyadxan milli teatrın yaranma tarixi və inkişaf yolları ilə bağlı çıxış etdilər. Uşaqlar sərgiyə baxdıqdan sonra, teatrın zalında əyləşib, M. F. Axundzadənin “ Sərgüzəşti Vəziri xani Lənkəran” tamaşasına baxdılar.Tamaşa rejissor Bəhram Osmanovun ssenarisi əsasında səhnələşdirilmişdir. Sonda şagirdlər aktyorlarla tanış olmuş və xatirə şəkilləri çəkdirdilər.