F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Kəlağayı günü ilə əlaqadar Milli Azərbaycan Tarix Muzeyində tədbir keçirdi. Tədbirdə 7 saylı məktəbin, 7-ci sinif şagirdləri iştirak edirdi. Muzey əməkdaşı çarxlı slaydın köməyi ilə tədbir iştirakçılarına Kəlağayı haqqında söhbət açaraq, onun yaranma tarixi və hazırlanma üsulları haqqında geniş məlumat verdi. Bildirdi ki, hər bir xalqın öz milli ruhunu əks etdirən geyim atributları vardır. Hələ 300 il bundan qabaq meydana gələn kəlağayı bugün də Azərbaycan xanımları tərəfindən rəğbətlə qarşılanır. Hər zövqə uyğun kəlağayılar bu günümüzdə də bütün yaş qrupu xanımlarının ən böyük bəzəyinə çevrilib. Çoxillik tarixi olan Kəlağayılar Azərbaycanın müxtəlif bölgələrində istehsal olunur. 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs sırasına daxil edilməsi, Kəlağayının tarixini və mədəni dəyərini təsdiq edən ən böyük faktlardan biridir. Tədbir, şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Muzey əmakdaşı, uşaqlara maraqlı olan bütün sualları cavablandırdı. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.