6 mart 2017-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Binəqədi rayonundakı 244 saylı məktəbin 3-cü sinif şagirdləri 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə “ Ana məhəbbəti ” adlıədəbi bədii kompazisiya təşkil etdi. Məktəbin ibtidai sinif müəlliməsi bütün qonaqları salamlayandan sonra təbrik üçün sözü kitabxananın əməkdaşına verdi. O, çıxışında qeyd etdi ki, Qadın, ana… sabaha, gələcəyə açılan pəncərədir. İnsan cəmiyyətinin əsasını o qoyur. Qadın dünyanı sevmək, yaşatmaq üçün yaranmışdır. Ulu tanrı ən gözəl adı -Ana adını qadına vermişdir. Bununla da o bəşər övladını ona hörmət etməyə, onu şərəfləndirməyə çağırmışdır. Doğrudan da ana olmasa nə baş verər? Axı dünya onunla gözəldir. Bizi dünyaya gətirən, bizi bir–birimizə sevdirən anadır, qadındır. O, sülh səadət rəmzidir. Ana müqəddəsdir, müqəddəslik zirvəsidir. Bu zirvədə sevgi çiçəkləri-analar dayanır. Sonra tədbir 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə şagirdlərin ifasında “ Üç ana”, “ Ana laylası”, “ Kim anasını səsindən tanıyar”, “ Cənnət anaların ayağının altındadı” adlı səhnəciklər ilə davam etdi. Tədbirin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarını, şagird və müəllim kollektivini 8 Mart - Beynəlxalq qadınlar günü və yel çərşənbəsi münasibətilə səmimi qəlbdən təbrik etdi.